0 C
Baku
Thursday, February 20, 2025

“MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var

“MSDİS Holding” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “MSDİS Holding” MMC-nin vergi borcu 15 924 107.16 manatdır.

Qeyd edək ki, “MSDİS Holding” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 500 manatdır və qanuni təmsilçisi Mirfəyyaz Nağıyevdir. Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb.

Son xəbərlər
Digər xəbərlər