10 C
Baku
Wednesday, December 11, 2024

MSK-da növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ekspert və işçi qrupları yaradılıb

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb.

Məsələ barədə məlumatı Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova verib.

Sonra qərar MSK-nın növbədənkənar prezident seçkiləri iə əlaqədar bu gün keçirilən iclasında verilib.

Bundan əlavə, növbədənkənar prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib.

İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin edilib.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər