27 C
Baku
Saturday, July 27, 2024

MSK daha bir neçə məntəqə ilə bağlı araşdırmaya başladı

“Sosial şəbəkələrdə yayılan bütün dairələrdən olan məlumatları araşdırırıq”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, araşdırmalarda sosial şəbəkələrin böyük rolu var: “Komissiya nədən şübhələnirsə, onu çox ciddi şəkildə araşdırır. Çünki burada yayılan görüntülər həm də MSK-ya daxil olan müraciətlərdə də öz əksini tapır”.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd Əbil Məmmədovun müraciətinə  də baxılıb.

MSK katibi bildirib ki, müraciət DSK-ya göndərilib.

Son xəbərlər
Digər xəbərlər