“Sosial şəbəkələrdə yayılan bütün dairələrdən olan məlumatları araşdırırıq”.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, araşdırmalarda sosial şəbəkələrin böyük rolu var: “Komissiya nədən şübhələnirsə, onu çox ciddi şəkildə araşdırır. Çünki burada yayılan görüntülər həm də MSK-ya daxil olan müraciətlərdə də öz əksini tapır”.
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd Əbil Məmmədovun müraciətinə də baxılıb.
MSK katibi bildirib ki, müraciət DSK-ya göndərilib.