-1 C
Baku
Sunday, December 15, 2024

MSK iki dairə üzrə 5 məntəqənin nəticələrini etibarsız saydı – YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 90 saylı Ağdaş seçki dairəsindən namizəd Səidə Cəbrayılovanın müraciətə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

MSK üzvü bildirib ki, namizəd müraciətində qeyd edib ki, DSK tərəfindən onun hüquqları pozulub:

“Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma nəticəsində 6 və 7 saylı seçki məntəqələrində pozuntular aşkar edilib. Digər məntəqələr üzrə isə pozuntular müəyyən edilməyib. Bununla əlaqədar 2 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 2 seçki məntəqəsi (6 və 7 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, 2 məntəqənin nəticələrinin ləğv edilməsi bu dairə üzrə lider namizədin dəyişməsinə səbəb olmayıb.

Bu dairənin lider namizədi Cavid Osmanovdur.


Saat: 17:15

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 47 saylı Mingəçevir seçki dairəsindən namizədlər Qurbanəli Yusibov və İbrahim Salamovun müraciətə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

MSK üzvü bildirib ki, namizədlər müraciətində qanun pozuntusunun bir çox seçki məntəqəsində olduğunu qeyd edib:

“Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma nəticəsində 9, 17 və 21 saylı seçki məntəqələrində pozuntular aşkar edilib. Bununla əlaqədar 3 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 3 seçki məntəqəsi (9, 17 və 21 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, 3 məntəqənin nəticələrinin ləğv edilməsi bu dairə üzrə lider namizədin dəyişməsinə səbəb olmayıb.

Bu dairə üzrə lider namizəd Aydın Mirzəzadədir.

©Report

Son xəbərlər
Digər xəbərlər