-3 C
Baku
Monday, March 3, 2025

MSK-nın formalaşdırılması məsələsinin Milli Məclisdə müzakirə olunacağı vaxt müəyyənləşib

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşdırılması məsələsinin Milli Məclisdə müzakirə olunacağı vaxt müəyyənləşib.

Məsələ parlamentin gələn həftə – aprelin 27-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti bu ay bitdiyindən Komissiya yenidən formalaşdırılacaq.

MSK üzvləri ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Son xəbərlər
Digər xəbərlər