MSK üzvlüyünə yeni namizəd irəli sürülüb

0

Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin ediləcək.

Report agentliyi xəbər verir ki, bununla bağlı Milli Məclisə layihə daxil olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Milli Məclisin (MM) heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlarının yığıncağına sədrlik edən MM sədrinin müavini Valeh Ələsgərovun adından spiker Oqtay Əsədova ünvanlanan müraciətdə bildirilib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil edəcək Rövzət Qasımovun namizədliyi parlamentin müzakirəsinə təqdim olunur.

Xatırladaq ki, hazırda R.Qasımov MSK Katibliyinin müdiridir.