15 C
Baku
Friday, March 29, 2024

MSK üzvlüyünə yeni namizəd irəli sürülüb

Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin ediləcək.

Report agentliyi xəbər verir ki, bununla bağlı Milli Məclisə layihə daxil olub.

Milli Məclisin (MM) heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlarının yığıncağına sədrlik edən MM sədrinin müavini Valeh Ələsgərovun adından spiker Oqtay Əsədova ünvanlanan müraciətdə bildirilib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil edəcək Rövzət Qasımovun namizədliyi parlamentin müzakirəsinə təqdim olunur.

6538598a 1a90 4f42 9dfc 7ac6e357cc06Xatırladaq ki, hazırda R.Qasımov MSK Katibliyinin müdiridir.

 

Son xəbərlər
Digər xəbərlər