30.8 C
Baku
Tuesday, July 15, 2025

MSK Yavər Camalovun oğlunun namizədliyi ləğv etdi

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovun namizədliyi ləğv olunub.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının iclasında məsələ müzakirə edilib. Bu barədə məlumatı Haqqın.az yayıb.

Bildirilib ki, R.Camalovun ikili vətəndaşlığı olduğu üçün namizədliyi ləğv olunub. O, həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır.

Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin R.Camalovun namizədliyinin qeydə alınması ilə bağlı qərarı ləğv olunub.

Qeyd edək ki, R.Camalov keçmiş Müdafiə sənayesi naziri, mərhum Yavər Camalovun oğludur.

Son xəbərlər
Digər xəbərlər