13 C
Baku
Tuesday, May 7, 2024

MtGox bitkoin birjası müflisləşdiyini elan edib

Bitkoinlərin qədim birjası MtGox Tokiya məhkəməsinə iflas haqqında ərizə göndərib. Bu haqqda 28 fevralda Agence France-Presse məlumat verilib.

Şirkətin borcu 63,6 milyon dollara çatıb. Birjanın baş direktoru Mark Karpeles (Mark Karpeles) bildirib ki, xakerlərin fəaliyyəti nəticəsində fevralın əvvəlində fond meydançasının milyonlara istifadəçiləri zərər ala bilərdilər.

Fevralda MtGox-da bir neçə DDoS hücumlar baş tutmuşdu. Agentliyin məlumatına görə, xakerlər birjanın müştərilərindən 750 min, birjanın özündən isə 120 min bitkoin oğurlayıblar. Oğurlanmış kripto valyutanın dəyəri 477 milyon dollar təşkil edə bilər.

MtGox 25 fevralda offlayna gedib. Birja saytı açılmırdı, tvitterdə isə bütün ismarıclar silinmişdilər. İki gündən sonra məlum oldu ki, Nyu- Yorkun prokurorluğu fond meydançasının rəhbərliyinə ərizə ilə müraciət edib. Qeyri-rəsmi məlumatlara görə, rəhbərlik MtGox-dan onların DDoS hücumlarına reaksiyaları və onlara qarşı aldığı tədbirləri əks olunan sənədləri tələb etmişdi. Daha öncə, fevralda birja Proqram Təminatında səhvlərin olduğuna görə vəsaitlərin çıxarılmasını dayandırmışdı. Bu isə bədnam istifadəçilərə üçüncü şəsxin adından köçürülmüş bitkoinləri tələb etmələrinə səbəb olmuşdu.

KİV-də təklif etmişdilər ki, MtGox-un müflisləşməsi kripto valyutalar sahəsinin dövlət tərəfindən idarə edilməsini tezləşdirə bilər. 28 fevralda Reuters Yaponiyanın maliyyə nazirinin müavini Dziro Aiçiyə istinadən bildirmişdi ki, ticarət sahəsini bitkoinlərlə idarə etməyin istənilən cəhtləri yalnız beynəlxalq formatda həyata keçməlidirlər.

MtGox Tokioda qeydiyyatdan keçib. O, 2009-ci ildə yaranmış bitkoinlərlə ticarətin ən qədim fond meydançası hesab edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər