11 C
Baku
Monday, November 18, 2024

MTRŞ 5 kabel şəbəkə yayımçısına lisenziya verib

Milli Televiziya və Radio Şurası (MTRŞ) 5 kabel şəbəkə yayımçısına müddətsiz lisenziya verilməsi ilə bağlı qərar qəbul edib.

Dekabrın 27-də şuranın onlayn formatda iclası keçirilib.

İclasda kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb.

Şuranın müvafiq qərarları ilə “Beeonline” ASC-yə və “StarTelekom” MMC-yə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu kabel və internet olmaqla) üçün müddətsiz lisenziya, “ArtKom.Net” MMC-yə, “Real Telecom” MMC-yə və “Fast Net Technology” MMC-yə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) üçün müddətsiz lisenziya verilib.

Son xəbərlər
Digər xəbərlər