24 C
Baku
Saturday, July 20, 2024

“Müəllim sertifikasiyada minimum tələbi ödəmirsə, əmək münasibətlərinə baxılmalıdır”

Sertifikatlaşdırmanın məqsədi müəllimləri imtahana cəlb edib kəsilənlərin əmək müqaviləsinə xitam vermək deyil.

Bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, məqsəd onların peşəkarlıq səviyyəsini ölçməkdir:

“Müəllim həm indi, həm də əvvəlki qiymətləndirmədə minimum tələbi ödəmirsə, deməli, əmək münasibətlərinə baxılmalıdır”.

Eşqi Bağırov qeyd edib ki, bu gündən sertifikasiya imtahanı ilə bağlı şəxsi kabinetlərə məlumat göndəriləcək müəllimlər ötən sertifikasiyada iştirak etməyən ibtidai sinif müəllimləri və Azərbaycan dili və ədəbiyyat müəllimləri olacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər