12 C
Baku
Friday, March 29, 2024

Müəllimlərin maaşlarının məbləği müəyyənləşib – Cədvəl

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin əməkhaqları artırılıb.

Report agentliyi xəbər verir ki, bununla bağlı “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli Qərarında dəyişiklik edilib.

Qərara əsasən, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:

Sıra №-si Təhsili Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)
pedaqoji staj 3 ilədək olduqda pedaqoji staj 3 ildən 8 ilədək olduqda pedaqoji staj 8 ildən 13 ilədək olduqda pedaqoji staj 13 ildən 18 ilədək olduqda pedaqoji staj 18 ildən çox olduqda
1. Ali təhsilli 460 495 520 555 595
2. Orta ixtisas təhsilli 420 445 460 490 530

Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödənilir. 

Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər