9 C
Baku
Saturday, April 13, 2024

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibələrinin keçiriləcəyi tarixlər açıqlanıb

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibələrinin keçiriləcəyi tarixlər açıqlanıb.

Banker.az bu barədə Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix barədə məlumatlar yaxın günlərdə müəllimlərin şəxsi kabinetinə göndəriləcək.

Müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq.

Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.

Son xəbərlər
Digər xəbərlər