13 C
Baku
Saturday, November 23, 2024

Müəllimlər üçün kampaniya hansı banklarda keçirilir və hansı şərtlər təklif edilir?

Təhsil sahəsində çalışan şəxsləri, xüsusilə müəllimləri pərakəndə bankçılıq  üzrə ixtisaslaşmış bankların arzuolunan müştəri seqmentinin ilk sıralarına aid etsək yəqin ki, yanılmarıq. Rəsmi gəlirlərinin digər fərqli sektorlarda çalışanlara nisbətdə aşağı olmasına baxmayaraq müəllimlər öz məsuliyyətləri və nizamlı ödənişləri ilə pərakəndə bank məhsullarının daimi istifadəçisidirlər. Bu məhsullar arasında kredit yönümlü məhsulların çəkisi daha çoxdur.

Təsadüfi deyil ki, ilin müxtəlif dövrlərində banklar müəllimləri cəlb etmək üçün fərqli kampaniyalar keçirirlər. Bu kampaniyaların ən uzun müddətlisi və ən sərfəlisi adətən müəllimlərin peşə bayramı ərəfəsinə (5 Oktyabr) təsadüf edir.

Banker.az monitorinq qrupu olaraq pərakəndə bankçılıq sektorunun qabaqcılları olan Banklarla əlaqə saxladıq və məsələyə nə qədər həssas yanaşdıqlarını öyrəndik. Nəticələr gözlənilən kimi oldu, belə ki hər il bu tip kampaniyaları keçirməyi ənənə halına  çevirmiş banklar bu ili də istisna etməyiblər. Təhsil işçilərinə, xüsusilə müəllimlərə cəzbedici kampaniyaları və müxtəlif hədiyyələri təklif edən Bankların məqsədi satışlarını artırmaqla yanaşı , ziyalı təbəqədən olan bu müştəri seqmentinin məmnuniyyətini təmin etməkdir.

Aşağıda Bankların keçirdiyi təhsil kampaniyalarının şərtlərini müqayisəli formada Sizlərə təqdim edirik.

Bank of Baku

Kampaniyanın son tarixi –03.11.2017-ci il.

Kampaniyanın şamil olunduğu məhsullar – Nağd pul krediti və Bolkart Kredit kartı

Nağd kredit üzrə güzəştlər

  • Kredit komissiyasız rəsmiləşdirilir.
  • Kredit üzrə bəzi hallarda ilk 2 ayın, bəzi hallarda isə ilk 3 ayın faizləri müştəriyə hədiyyə edilir.

Misal üçün, Siz Bankdan hər hansı bir məbləği kredit şəklində götürüb kredit müddətinin ilk 3 ayında tam bağlasanız əlavə olaraq heç bir faiz və komisyon haqq ödəmirsiniz.

Bolkart Kredit kartı üzrə güzəştlər

  • Bolkart kredit kartını nağd pul krediti ilə eyni gündə əldə etdikdə kart üzrə ilk ilin xidmət haqqı təhsil işçilərinə hədiyyə olunur.
  • Kartın limitindən asılı olaraq müəllimlərə aşağıdakı qanunauyğunluqla hədiyyə BAL-lar verilir (1 BAL = 1 Manat).
  • Bolkart məbləği 999 AZN-dək olduqda – 10 BAL;
  • Bolkart məbləği 1000 – 1999 AZN olduqda – 15 BAL;
  • Bolkart məbləği 2000 – 2999 AZN olduqda  – 20 BAL;
  • Bolkart məbləği 3000 AZN və daha çox olduqda – 25 BAL.

Hədiyyə BAL-lardan Bankın partnyor şəbəkələrinə aid olan POS-larda məhsul və xidmətlərin dəyərinin ödənilməsi məqsədilə istifadə edilə bilər.

Unibank

Kampaniyanın son tarixi – 28.10.2017-ci il.

Kampaniyanın şamil olunduğu məhsullar – Nağd pul krediti və Albalı + Debet kartı

Nağd kredit üzrə güzəştlər

  • Kredit komissiyasız rəsmiləşdirilir.
  • Kredit üzrə standart faiz dərəcələrinə 2% endirim edilir.

Albalı + Debet kartı üzrə güzəştlər

Kampaniya dövründə Nağd pul krediti əldə edən təhsil işçilərinə Albalı + Debet kartı hədiyyə edilir.

Kapital Bank

Kampaniyanın son tarixi – 30.11.2017-ci il.

Kampaniyanın şamil olunduğu məhsullar – Nağd pul krediti

Nağd kredit üzrə güzəştlər

Kredit üzrə standart faiz dərəcələrinə müştəri kateqoriyasından asılı olaraq 1% və ya 2% endirim edilir.

Express Bank

Kampaniyanın son tarixi – 10.10.2017-ci il.

Kampaniyanın şamil olunduğu məhsullar – Nağd pul krediti

Nağd kredit üzrə güzəştlər

  • Kredit komissiyasız rəsmiləşdirilir.
  • Kredit üzrə standart faiz dərəcələrinə 2% endirim edilir.

Bank Respublika

Kampaniyanın son tarixi – 31.10.2017-ci il.

Kampaniyanın şamil olunduğu məhsullar – Nağd pul krediti

Nağd kredit üzrə güzəştlər

  • Kredit komissiyasız rəsmiləşdirilir.
  • Kredit üzrə standart faiz dərəcələrinə 2% endirim edilir.

 

Ümid edirik ki, bu araşdırmamız bank məhsullarından (xüsusilə nağd kredit) faydalanmaq istəyən təhsil işçiləri üçün faydalı olacqdır.

Son xəbərlər
Digər xəbərlər