Tədris ilinin sonunda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirməsinin keçirilməsi nəzərdə tutulub.
Bu barədə Təhsil Nazirliyindən sorğusuna cavab olaraq bildirilib.
Nazirlikdən qeyd olunub ki, əvvəlki illərdə müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən müəllimlərlə yanaşı, nəticələrini yüksəltmək niyyətində olan müəllimlər də diaqnostik qiymətləndirmədə iştirak edə biləcəklər.
Qeyd edək ki, 2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan 150 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb.