8 C
Baku
Monday, November 18, 2024

Müəllimlərin işə qəbulu il ərzində bir neçə dəfə keçiriləcək

“Müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) texniki idarə olunması, yəni, imtahanların sayının çoxaldılması və namizədlərə daha əlverişli şəraitin yaradılması üçün bütün imkanlardan istifadə olunur. 2022-ci ildə MİQ-lə bağlı texniki məsələlərlə yanaşı, məzmun və digər istiqamətlərdə də təkmil dəyişikliklər nəzərdə tutulur”.

Bunu  açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, bu dəyişiklərdən qabaq ictimaiyyətə məlumat veriləcək: “İmtahanların bir neçə dəfə, daha çox bölgədə, məsafə baxımından namizədlərə əlverişli, yaxın ərazilərdə keçirilməsi nəzərdə tutulur”.

Şöbə müdiri deyib ki, MİQ müsabiqəsinin il ərzində bir neçə dəfə keçirilməsi ucqar bölgələrdə kadr təyinatlarının yüksək səviyyədə təmin olunmasına gətirib çıxaracaq: “Eyni zamanda bu problemlərin aradan qaldırılması üçün başqa stimullaşdırıcı tədbirlər də nəzərdə tutulur. Ucqar bölgələrə gedən gənc mütəxəssislərin əmək haqları artır. Onların imkanlardan yararlanması üçün də müvafiq qərar və qaydalar mövcuddur. Bu il həmin qaydalara olan dəyişikliyə görə, ucqarlarda çalışan müəllimlərin gəlirlərində artım olub. Növbəti illərdə də ucqar bölgələrə gedən müəllimlərin sosial rifahının yaxşılaşdırılması nazirlik üçün prioritet məsələ olaraq qalacaq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər