-3 C
Baku
Sunday, December 15, 2024

Müəllimlərin təhsil müəssisəsinə buraxılması qaydası açıqlanıb

“Vaksin olunmadığı üçün təhsil müəssisələrinə buraxılmayacaq təhsil işçilərinin əmək haqqı məsələsi ilə bağlı hələ ki məlumat yoxdur”.

Bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda təhsil müəssisələrinə əks-göstəriş sertifikatı təqdim edilir: “Proses davam etdiyindən rəqəmlər gündəlik olaraq dəyişir və say demək mümkün deyil. Lakin peyvənd olunmayan və əks-göstəriş, eyni zamanda immun sertifikatı təqdim etməyən müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar”.

Qeyd edək ki, sentyabrın 22-də ümumtəhsil müəssisələrində aşağı sinif şagirdləri, sentyabrın 29-da isə orta və yuxarı sinif, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində ənənəvi tədris bərpa ediləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər