“Müəllimlərin vahid geyim forması ilə bağlı bu günlərdə yeni qaydalar qüvvəyə minəcək”.
Banker.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Müəllimlər müvafiq qaydalara əməl etməlidirlər. Onların geyim forması ümumi məktəb mühitinə təsir edir”, – nazir qeyd edib.







