9 C
Baku
Monday, November 18, 2024

“Müəllimliyə namizədlərin çoxu Bakı və digər böyük şəhərlərə üstünlük verirlər”

Bu il keçirilən MİQ imtahanı nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma faizi 90 faizin üzərində olub.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.

Onun sözlərinə görə, bəzən kütləvi informasiya vasitələrində, eyni zamanda, vətəndaş müraciətlərində vakant yer seçimləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir:

“Apardığımız təhlil və araşdırmalar onu göstərir ki, daxil olan müraciətlərin əsas hissəsi namizədlərin vakant yer seçimləri zamanı daha çox paytaxt və böyük şəhərlərə üstünlük verirlər.

Unutmamalıyıq ki, müsabiqənin əsas məqsədi perspektivli, yüksək bacarıqlı müəllimləri ölkə üzrə fəaliyyət göstərən bütün məktəblərə qazandırmaqdır. Biz həm paytaxt, həm də ucqar kənd məktəblərinə rəqabətli əsaslarla, eyni meyarla seçilmiş müəllimləri cəlb etmək istəyirik”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər