15 C
Baku
Tuesday, April 23, 2024

Müəssisənin balansının likvidliyinin təhlili

Müəllif:  Sadiq Məmmədov

Müəssisənin maliyyə vəziyyətinin təhlili zamanı balans likvidliyinin təhlili məsələsi müəssisənin kredit ödəmə, yəni bütün öhdəliklərini vaxtında və tam yerinə yetirmək qabiliyyətinin qiymətləndirilməsinin labüdlüyü səbəbindən meydana çıxır, belə ki, likvidlik – müəssisənin öz cari aktivlərindən istifadə edərək qısamüddətli öhdəliklərini yerinə yetirmə qabiliyyətidir.

Balans likvidliyinin təhlili aktiv üzrə likvidlik dərəcələrinə görə qruplaşdırılmış və likvidliyin azalması üzrə sıralanmış vəsaitlərin, passivlər üzrə ödəmə müddətlərinə görə qruplaşdırılmış və ödəmə müddətinin artması üzrə sıralanmış öhdəliklərin müqayisəsindən ibarətdir.

Firmanın bütün aktivləri likvidlik dərəcəsindən, yəni pul vəsaitlərinə çevrilmə sürətindən  asılı olaraq, şərti olaraq bir neçə qrupa bölünə bilər:

1.    Daha likvid aktivlər (А1) – cari hesablamaların təxirəsalınmaz icrası üçün istifadə oluna bilən pul vəsaitlərin bütün bəndləri üzrə məbləğlər. Bu qrupa həmçinin qısamüddətli maliyyə sərmayələrini də daxil edirlər.
2.    Tez reallaşan aktivlər (А2)– bunların nəğd vəsaitə çevrilməsi üçün müəyyən müddət lazımdır. Bu qrupa debütor borclarını (hesabat tarixindən 12 ay ərzində gözlənən ödəmələr), digər dövri aktivlər daxildir.
3.    Ləng reallaşan aktivlər (А3) – daha az likvid aktivlər – bunlar ehtiyatlar, debütor borcları (hesabat tarixindən 12 aydan çox müddətə gözlənən ödəmələr), əldə edilən dəyərlər üzrə ƏDVdaxildir, lakin “Gələcək dövrlərin xərcləri” maddəsi bu qrupa daxil edilmir.
4.    Çətin reallaşan aktivlər (А4) – təsərrüfat fəaliyyətində daha uzun müddət ərzində istifadə olunması nəzərdə tutulan aktivlər. Bu qrupa “Dövriyyədən kənar aktivlər” balans aktivinin I bölümünün maddələri də aid edilir.
Aktivlərin ilk 3 qrupu cari təsərrüfat dövrü ərzində daima dəyişə və müəssisənin cari aktivlərinə aid ola bilərlər, bu zaman cari aktivlər müəssisənin digər əmlakına nisbətən daha likvid olur.
Müddətlərin artma dərəcəsi üzrə balans passivləri belə qruplaşdırılır.
1.    Daha təcili öhdəliklər (P1) — kreditor borcları, dividendlər üzrə hesablamalar, digər qısamüddətli ödəmələr,eləcə də vaxtında ödənməyən ssudalar (mühasibat balansına qoşmaların göstəriciləri  üzrə)
2.     Qısamüddətli passivlər (P2) —bankların qısamüddətli borc kreditləri və hesabat tarixindən 12 ay ərzində ödənilməsi nəzərdə tutulan digər borclar. Passivlərin birinci və ikinci qrupunu müəyyənləşdirərkən etibarlı nəticələrin alınması üçün  bütün qısamüddətli öhdəliklərin icra vaxtını bilmək lazımdır. Təcrübədə bu yalnız daxili analitika üçün mümkündür. Xarici təhlil zamanı informasiya məhdudluğundan bu problem əhəmiyyətli dərəcədə mürəkkəbləşir və təhlil aparan analitikin öncəki təcrübəsi əsasında həll olunur.
3.    Uzunmüddətli passivlər  (P3) —Uzunmüddətli borc kreditləri və digər uzunmüddətli passivlər – VI bölmənin “Uzunmüddətli passivlər” balansının maddələri.
4.    Daimi passivlər (P4) — “Kapital və ehtiyatlar” balansının III bölümü və V balansın öncəki qruplara daxil olmayan ayrı-ayrı maddələri: “Gələcək dövrlərin gəlirləri” və “Gələcək xərclərin ehtiyatları”. Aktiv və passivin balansının saxlanması üçün bu qrupun yekunlarını “Gələcək dövrlərin məsrəfləri” və  “İtkilər” bəndləri üzrə azaltmaq lazımdır.

Balans likvidliyinin müəyyənləşdirilməsi üçün aktivlərin və passivlərin hər bir qrupu üzrə yekunları müqayisə etmək lazımdır.

Əgər bu şərtlər yerinə yetirilirsə, balans tam likvid sayılır:
А1 >> P1
А2 >> P2
А3 >> P3
А4 << P4
Əgər ilk 3 bərabərsizlik icra olunursa, yəni cari aktivlər müəssisənin xarici aktivlərini üstələyirsə, o zaman dərin iqtisadi mənaya malik olan sonuncu bərabərsizlik mütləq yerinə yetirilmiş olur: müəssisənin xüsusi dövri vəsaitlərinin olması; maliyyə dayanıqlığının minimal şərtlərinə riayət olunması.

İlk bərabərsizliklərin yerinə yetirilməməsi ondan xəbər verir ki, bankın likvidliyi mütləqlikdən az və ya çox dərəcədə fərqlənir.

Balans likvidliyinin qabaqkı təhlilini təminat cədvəli vasitəsilə aparmaq daha rahatdır (cədvəl 1). Bu cədvəlin qrafalarına hesabat dövrünün əvvəlinə və axırına olan göstəricilər aktiv və passiv qruplar üzrə yazılır. Bu qrupların nəticələrini müqayisə edərək hesabat dövrünün əvvəlinə və axırına olan ödəmə izafiliklərinin kəmiyyətlərini və ya çatmamazlıqlarını müəyyən edirlər. Bu yolla, bu cədvəl vasitəsilə aktiv və passiv müddətləri üzrə uyğunsuzluqları aşkara çıxarmaq, təhlil edilən müəssisənin likvidliyi və ödəmə qabiliyyəti haqda qabaqcadan təsəvvür yaratmaq olar.

Cədvəl 1. Təminat cədvəli

Balans maddələrinin qrup№ -si

Təminat (aktiv)

Öhdəliklər məbləği (passiv)

Müxtəliflik (+ izafilik, — çatışmazlıq)

ilin əvvəlinə

hesabat dövrünə

ilin əvvəlinə

hesabat dövrünə

ilin əvvəlinə

hesabat dövrünə

I

II

III

IV

Cəmi

Lakin qeyd etmək lazımdır ki, bu sxem üzrə aparılan balans likvidliyi təhlili uyğunlaşdırılmışdır, maliyyə əmsalları vasitəsilə ödəmə qabiliyyətinin təhlili daha ətraflıdır.

1. Cari likvidlik əmsalı il ərzində yaranmış qısamüddətli öhdəliklərini yerinə yetirməkdən ötrü müəssisənin vəsaitlərinin kifayət qədər olub-olmadığını göstərir. Bu, müəssisənin ödəmə qabiliyyətinin əsas göstəricisidir. Cari likvidlik əmsalı bu düsturla hesablanır:

Кcl = (А1 + А2 + А3) / (P1 + P2).

Dünya təcrübəsində bu əmsalın göstəricisi 1-2 arasında olmalıdır. Təbii ki, elə şəraitlər mümkündür ki, orada bu əmsalın göstəricisi daha yüksək olsun, lakin əgər bu göstərici 2-3-dən yuxarıdırsa, bu, müəssisənin vəsaitlərinin qeyri-rasional istifadəsindən xəbər verir.

2. Sürətli likvidlik əmsalı, və ya ” kritik qiymətləndirmə” əmsalı müəssisənin likvid vəsaitlərinin  onun qısamüddətli borclarını nə dərəcədə qarşılaya bilməsini göstərir. Sürətli likvidlik əmsalı bu düsturla hesablanır:

     Кsl = (А1 + А2) / (P1 + P2).

Müəssisənin likvid aktivlərinə mal-material ehtiyatları istisna olmaqla  onun bütün dövri aktivləri daxil edilir. Bu göstərici kreditor borclarının hansı hissəsinin daha likvid aktivlər vasitəsilə ödənilə biləcəyini müəyyənləşdirir, yəni müəssisənin qısamüddətli öhdəliklərinin hansı hissəsi müxtəlif hesablarda olan vəsaitlər, qısamüddətli qiymətli kağızlar, eləcə də hesablaşmalar üzrə daxilolmalardan ödənilə bilər. Bu göstəricinin tövsiyyə olunan qiyməti 0,7-0,8 –dən 1,5-dəkdir.

3. Mütləq likvidlik əmsalı  müəssisənin öz  kreditor borclarının hansı hissəsini dərhal ödəyə biləcəyini göstərir. Mütləq likvidlik əmsalı bu düsturla hesablanır:

Кml = А1 / (P1 + P2).

Bu göstəricinin qiyməti  0,2-dən aşağı enməməlidir.

5.    Balans likvidliyinin ümumilikdə kompleks qiymətləndirilməsi üçün müəssisənin balansının likvidliyinin ümumi göstəricisindən istifadə etmək lazımdır, hansı ki, müəssisənin bütün likvid vəsaitlərinin cəminin bütün ödəmə öhdəliklərinin(qısa-, orta- və uzunmüddətli) cəminə olan nisbətini göstərir, o şərtlə ki, likvid vəsaitlərin və ödəmə öhdəliklərinin müxtəlif qrupları onların daxilolma müddətləri və öhdəlik ödəmələrini nəzərə alan müəyyən çəki əmsalları ilə bu məbləğlərə daxil olsunlar.

Balans likvidliyinin ümumi göstəricisi bu düsturla hesablanır:

Кül = (А1 + 0,5А2 + 0,3А3) / (P1 + 0,5P2 + 0,3P3).

Bu göstəricinin qiyməti 1-ə bərabər və ya 1-dən çox olmalıdır.

Balans likvidliyinin təhlilinin gedişi zamanı nəzərdən keçirilən likvidlik əmsallarından hər biri hesabat dövrünün əvvəlinə və axırına hesablanır. Əgər əmsalın faktik göstəricisi normal hüdudlara uyğun gəlmirsə, o zaman onu dinamika üzrə (qiymətin artma və ya azalması) qiymətləndirmək olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər