“İsmayıllı Quşçuluq” ASC-nin 175 509 ədəd adi, sənədsiz, adlı səhmi 2019-cu il sentyabrın 18-də Bakı Fond Birjası QSC-də satışa çıxarılacaq.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Bakı Fond Birjası QSC-də keçiriləcək açıq hərracda iştirak etmək istəyənlər hərracın keçirilmə vaxtına 3 iş günü qalmış hərracın təşkilatçısı “İnvestAZ” QSC İnvestisiya Şirkətinə və ya Bakı Fond Birjası QSC-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.
Xatrıladaq ki, müəssisə 2000-ci ildə təsis edilib, nizamnamə kapitalı 1 257 202 manatdır və quş əti istehsalı ilə ixtisaslaşıb.