18 C
Baku
Friday, September 20, 2024

Müasir dövrümüzün qulları

1. İqtisadi cəhətdən qulların daima işləməyə təhrik edilməsi. Müasir qul ölənə qədər dayanmadan çalışmaq məcburiyyətindədir. Belə ki, qul tərəfindən bir ay ərzində qazanılan vəsait ancaq 1 aylıq kirayə haqını (ev pulunu), yemək pulunu və nəqliyyat xərclərini qapamağa kömək edir.

Müasir qulun qazandığı əməkhaqqının onun 1 aylıq xərcləri ödəməsinə ancaq yetdiyi və hətta çatmadığı üçün, bu qul bütün ömrü boyu, ölənə qədər işləməyə məcburdur. Təqaüd isə ilğım və uydurmadan başqa bir şey deyil, əksər qullar təqaüd yaşına gəlib çıxmır və çıxırsa da təqaüdün miqdarı yeməyə və kommunal xərclərə ancaq çatır, təqaüdçü-qulun sərbəst vəsaitləri qalmır. (gələcəkdə təqaüdçülərin vəziyyəti daha acınacaqlı olacaq, çünki indi həmin kateqoriya insanların əksəriyyəti qeyri leqal işləyir və sosial haqlarını ödəmirlər)

2. Qulların daima əməyə təhrik edilməsinin daha bir gizli mexanizmi isə “yalançı” ehtiyac mallarına süni tələbatın yaradılmasıdır. Bu malları TV reklamları, PR vasitələri, KİV-lər, xüsusi endirim kampaniyaları, dükanlarda məhsulun lazımı yerlərdə yerləşdirilməsi sayəsində sözü gedən qullara sırıyırlar. Müasir “yeniliklər” arxasınca qaçan qullar sonu bilinməyən bir yarışın iştirakçısına çevrilib və buna görə də daima işləməyə məcburdur.

3. Müasir qulların iqtisadi təhrik edilməsinin daha bir gizli mexanizmi kredit sistemidir, bu sistem vasitəsi ilə müasir qullar getdikcə daha çox və daha çox kredit tələlərinə dolaşır və borc faizləri vəsaitə ilə banklardan asılı vəziyyətə düşürlər. Kreditlər sayəsində insanlar qazandığından çox xərcləmiş olurlar.

Hər gün müasir qulun borclarının sayı artır, o, getdikcə daha çox və çox borclanır. Belə ki, o bir borcu ödəmək üçün başqa bir borca girir, bir krediti bağlamaq üçün daha böyük və daha çox faizlə borc götürür, beləliklə borc piramidası yaranır. Müasir qulun başı üzərində qılınc kimi asılan bu borc onu hətta ən cüzi əməkhaqqıya belə işləməyə çox gözəlcə motivasiya edir.

4. Müasir qulları gizli işəgötürənlərə işləməyə təhrik etməyin dördüncü mexanizmi isə dövlət haqqında mifdir. Müasir qul fikirləşir ki, o dövlətə işləyir, amma əslində bu heç də belə deyil. Belə ki, qulun pulları işəgötürənlərin cibinə axır, dövlət anlayışı isə gözə kül üfürmək üçün istifadə olunur. Yəni ki, qullar daha artıq sual verməsinlər, misal üçün: nəyə görə qullar ömür boyu işləyir, amma yenə də yoxsul olaraq qalır? Nəyə görə qulların mənfəət payı olmur? Qullar tərəfindən vergi şəklində ödənilən pullar əslində kimin hesablarına köçürülür?

5. Quların gizli şəkildə təhrik edilməsinin beşinci mexanizmi inflyasiya və ya dövrü olaraq süni şəkildə yaradılan defolt hallarıdır. Bu mexanizmlər vətəndaşlara iqtisadi cəhətdən inkişaf etmək imkanı vermir, onlar hər dəfə müflisləşərək hər şeyi 0-dan başlamaq məcburiyyətində qalırlar. Qulun əməkhaqqısının artımı olmadan qiymət artımı, qulların gözə görünməz şəkildə talanmasını, qarət edilməsini təmin edir. Beləliklə müasir qul gündə-günə daha da yoxsullaşır.

6. Altıncı gizli mexanizm qulu havayı, haqı ödənilmədən işləməyə məcbur etməkdir: qulu başqa yerə köçmək və ya başqa bir şəhərdə, istər başqa bir ölkədə yeni daşınmaz əmlak almaq üçün vəsaitdən məhrum etmək. Bu mexanizm qulu müəyyən bir müəssisədə işləməyə və dözülməz şərtlərə tab gətirməyə məcbur edir. Çünki şəraiti dəyişmək üçün və ya çıxıb getmək üçün qulun heç bir imkanı olmur. Onların qazancları o qədər cüzi olur ki, minimum məsrəfləri ödəməyə ancaq yerinə yetir və həyat şəraitinin yaxşılaşdırılması üçün heç bir əlavə vəsait qalmır. Onların nə gedəcək yeri, nə də getmək üçün vəsaiti olmur.

7. Müasir qulu pulsuz şəkildə işləməyə məcbur etməyin daha bir mexanizmi isə onun əməyinin real qiyməti haqqında informasiyanı ondan gizlətməkdir və ya onun yaratdığı, istehsal etdiyi məhsulun real qiyməti ona bildirməməkdir. Mühasibat hesablamaları vasitəsi ilə əməkhaqqıdan tutulan müəyyən ayırmalar işəgötürənin cibinə gedir, onlar işçilərin savadsızlığından istifadə edir, həmçinin qullar məhsulun üzərindəki əlavə dəyərə nəzarət etmirlər, bütün bunlar da işəgötürənin xeyrinə həll olunur.

8. Müasir qullar öz mənfəət haqlarını tələb edə bilmir və bu demək olar ki, nəsildən-nəslə keçən bir ənənəyə çevrilib və əsrlər boyu davam edir.

Bəs siz özünüzü hələ də müstəqil hesab edirsiniz?

Son xəbərlər
Digər xəbərlər