22 C
Baku
Friday, April 26, 2024

Müasir dövrün möhtəşəm körpüləri

Dünya yarandığı gündən etibarən insanlar okeanların, dağların, səhraların öhdəsindən gəlməyə çalışıblar. Bu insanlığın qanında var. Əlbəttə indiki dövrdə körpülər vasitəsilə çayın üzərindən keçmək keçmiş dövrdə olduğu kimi möcüzə hesab olunmur. Lakin müasir dövrümüzdə elə körpülər var ki, dizaynı, zəngin tarixi, möhtəşəm memarlığı ilə insanları heyrətə gətirir.

Sinqapurda “Helix Bridge”

25. Helix Bridge

Sinqapur çayı üzərində olan bu körpü öz dizaynı ilə unikaldır və quruluşca DNK molekulunu xatırladır. Heliks körpüsü 2010-cu ildə açılmışdır və bütünlüklə poladdan düzəldilib.

İsveçrədə “Chapel Bridge”

24. Chapel Bridge

Lüsern şəhərində yerləşən bu möhtəşəm körpü 1333-cü ildə tikilmişdi. Bu çay çarpaz şəkildə Roys çayını ikiyə ayırır. Kənarları taxtalarla əhatə olunmuş Avropanın ən qədim körpüsünün qədim tarixi vardır. Daxildən körpü ölkədə baş verən tarixi hadisələri əks etdirən 17-ci əsrin rəsm əsərləri ilə bəzədilmişdi. Lakin təxmini 20 il bundan əvvəl baş vermiş yanğında rəsmlərin demək olar ki, hamısı yanmışdı. Bu yanğında körpünün ⅔ hissəsi və 110 rəsm əsəri məhv oldu. Bu rəsmlərin bəzilərinin 1611-ci ilə aid olduğu bildirilir və 25 şəkil ancaq xilas edilib bərpa olunmuşdu. Bir il sonra isə körpü yenidən quruldu.

Çin, “Chengyang Bridge”

23. Chengyang

Bu körpünü həmçinin “Külək və Yağış”da adlandırırlar və Çinin Quansi əyalətində yerləşir. Dağlar və düyü tarlaları ilə əhatə olunmuş bu körpü Lindsay çayının sahillərini birləşdirir. Körpü 1916-cı ildə Çində etnik azlıq olan Dun əhalisi tərəfindən tikilib və 5 ayrı hücrədən ibarətdir. Ənənəvi Çin memarlığı bu tikiliyə möhtəşəm görüntü qazandırır və ən maraqlısı isə odur ki, bu körpünün tikintisində bir mismardan belə istifadə olunmayıb. Körpü sadəcə bir neçə memarlıq fəndləri vasitəsilə quraşdırılmışdır.

İngiltərə “Rolling bridge”

22. Rolling Bridge

Bu unikal körpü Londonun Padinqton adlı rayonunda yerləşir. Bu körpünün əsas özəlliyi hər cümə günü səkkizguşəli fiqur formasından körpüyə çevrilməsidir. Günün sonunda körpü yenidən səkkizguşəli fiqura çevrilir və hidravlika ilə idarə olunur. Körpü 2004-cü ildə Thomas Heatherwick tərəfindən layihələndirilmişdi. O həmçinin olimpiya və paralimpiya oyunları üçün düzəldilmiş məşəlində müəllifidir.

Malayzia “Langkawi Sky Bridge”

21. Lankawi Sky Bridge

Lanqkavi səma körpüsünə çıxmaq üçün funikulyordan istifadə edirlər. Gəzmək üçün olan sahə 410 fut və təxmini 125 metrdir. Körpü Qanqun Mat Çinçanq dağının zirvəsində, dəniz səviyyəsindən 2300 fut hündürlükdə yerləşir. Xüsusi lift ilə dağa qalxan turistlər tropik meşələri və Malayziyanın ən gözəl dağ mənzərələrini seyr edə bilərlər.

İngiltərə “The Gateshead Millennium Bridge”

20. Gateshead Millenium Bridge

Körpü 2002-ci ildə Kraliça tərəfindən açılmışdı və Nyukaslda Tayn çayı üzərində yerləşir. Bu körpünü digərlərindən fərqləndirən cəhət onun digər tərəfə dönə bilməsidir. Körpü bir tərəfi üstə çevrildikdə piyada insanlar onun üzərində hərəkət edərək çayın digər tərəfinə keçə bilərlər. Dizayn baxımından bu tikili bir neçə memarlıq mükafatları ilə təltif olunmuşdur. Bu körpünü həmçinin “Gözünü qırpan” da adlandırırlar, çünki körpü digər tərəfə çöndükdə sanki göz vurur.

Bosniya və Hersoqoviniya “Köhnə körpü”

19. Stari Most

Bu körpünün 1566-cı ildə tikildiyi və zamanın bir çox sınaqlarına dözdüyünü, lakin 1993-cü illərdə Bosniya müharibələri zamanı dağıldığını güman edirlər. 16-cı əsrə aid bu körpünü və ətrafındakı tikililəri bərpa etmək üçün 13 milyon ABŞ dolları xərclənmişdi. 2004-cü ildə o tamamilə bərpa edilmiş və ictimaiyyətin xidmətinə verilmişdir. Yerli əhali arasında bu körpüdən çaya tullanmaq kimi ənənə mövcuddur və həmçinin körpü ümumdünya mədəni irsinə aid edilmişdir.

Yaponiya “Akashi-Kaikyō Bridge”

18. Akashi Kaikyo Bridge

Bu körpü Yapon mühəndisliyinin möcüzəsi hesab olunur və dünyanın ən uzun asma körpü – 3911 metr rekorduna sahibdir. Bu təxmini 4 Bruklin körpüsü uzunluğundadır. Körpü 12 il müddətində tikilmişdir və 1998-ci ildə açılmışdır. O şəhərin mərkəzi Kobeni Avadzi adası ilə birləşdirir. Maraqlıdır ki, körpü tikilməyə başlandıqda dünyanın ən uzun asma körpüsü olmaq iddiasında deyildi. Lakin 1995-ci ildə Kobedə baş verən zəlzələ yeni tikilən körpünün tikintisini dağıtdı və bunun nəticəsində onun uzunluğu 3 futa qədər uzadıldı. Bu uzanmaya görə o dünyanın ən uzun körpüsü rekordunu qazandırdı. Körpünün ümumi kanatlarının uzunluğu 300 min kilometrdir və bu kifayətdir ki, dünyanı 7 dəfə yarım əhatə etsin.

İtaliya “Rialto Bridge”

17. Rialto Bridge

Zəngin tarixə malik növbəti bir körpü. O 15-ci ərdə tikilib və Venesiyada Qrand-kanalın sahillərini birləşdirir. Daha dəqiq qeyd etsək körpü 1181-ci ildə quraşdırılmışdı, lakin o dövrdə körpü sadəcə Qrand-kanalın digər tərəfinə keçmək üçün vasitə idi. Mikelancelo və Palladio kimi bəşər tarixinin ən yaxşı memarları bu körpünün tikintisi üçün plan təqdim etsələr də, son da bu Antonio da Ponteyə nəsib oldu. Bir çox memarlar onun planlarına skeptik yanaşaraq körpünün uçacağını bildirirmişdilər. Lakin o öz işi ilə ustalığını sübut etdi və körpü bu günümüzdə də mövcuddur. Klassik venesiya memarlığı körpüyə möhtəşəm görüntü qazandırır və 19-cu əsrə kimi Rialto körpüsü Qrand-kanalı birləşdirən yeganə körpü idi. Həmçinin müasir dövrümüzdəki körpülər tikilənə qədər Rialto Venesiyanın iki tərəfini əlaqələndirən tək körpü idi.

Hollandiya “Slauerhoffbrug Bridge”

16. Slauerhoffbrug Bridge

Bu qeyri-adi körpü Leuvarden şəhərində yerləşir. Hollandiyada çayların çoxluğu və su səviyyəsinin yüksək olması ölkədə körpülərə tələbatı artırır. Bu körpülər qalxıb enməli və nə yolların nə də çayların hərəkətinə mane olmalı deyildi. Bu səbəbdən də 2000-ci ildə dəmirdən və poladdan düzəldilmiş bu körpü inşa edildi. Körpü hidravlika vasitəsilə gün ərzində 10 dəfə yuxarı qaldırılır və aşağı endirilir.

Braziliya “Octavio Frias De Oliveira Bridge”

155

San-Paulonun mərkəzində yerləşən bu körpü 2008-ci ildə açılmışdı. Onun inşasına 5 il və 450 işçi tələb olunmuşdu. Körpü mərkəzdəki “X” hərfi formasında olan quruluşuna görə qeyri-adi təsir bağışlayır. Ona özünəməxsusluq gətirən cəhətlərdən biri də biri digərinin üzərində hərəkət edən dayaqlara sahib olmasıdır. Həmçinin körpü möhtəşəm mənzərə yaradan xüsusi işıq diodları ilə bəzədilmişdi. Milad bayramında isə körpü xüsusi işıqlarla Milad ağacı formasında işıqlandırılır.

Şotlandiya “The Falkirk Wheel”

14. The Falkirk Wheel

Bu körpü tək özünün futuristik dizaynı ilə deyil, həm də dünyada yeganə fırlanan qayıqları yuxarı qaldıran liftə sahib olması ilə fərqlənir. Körpü hər biri 168 metr olan iki keçidli tuneldən ibarətdir və 180 dərəcə dönmək imkanına sahibdir. Aşağı hissədən qayıqlar tunelə daxil olur, cihaz dönür və qayıqları yuxarıda yerləşən kanala qaldırır. İki kanalın mükəmməl birləşməsi və qayıqların bu cür hərəkəti bu körpünü möhtəşəm memarlıq nümunəsi edir.

Sinqapur “Henderson Waves Bridge”

13. henderson Waves Bridge1

Körpünün adının tərcüməsi də körpünün dalğalar formasında inşa edildiyini bir daha sübut edir. Dalğavari olan bu körpü iki Sinqapur parkını – Maun Faber-Park və Telok Blanga Hill-Parkı birləşdirir və Sinqapurun təbiəti fonunda möhtəşəm görünür. Gecə düşdükdə bədii tərtibatına və gözəlliyinə daha da gözəllik gətirən işıqlandırma qoşulur. Henderson dalğaları ağac və poladdan düzəldilmişdir. Burada polad körpünün dayanıqlığı, ağac materiallar isə parka uyğun dizaynı tamamlamaq üçün istifadə olunmuşdur. Ətrafdakı bütün gözəlliklərdən zövq almaq məqsədilə körpü istirahət yerləri, barlar, meydançalarla təchiz edilib.

Çin “Siduhe Bridge”

12. Sidu River Bridge

Bu körpü 2009-cu ildə istifadəyə verilmişdir və dünyada ən yüksəklikdə yerləşən körpü hesab olunur. Çünki bu körpü yerdən 496 metr yüksəklikdə yerləşir və Azadlıq abidəsindən, Eyfel qülləsindən, Giza piramidasından və Biq Bendən daha hündürdür. Bu tikili dağlar və yaşıllıqlarla əhatə olunmuş Xubey əyalətində bir çay dərəsinin üzərində yerləşir. Hündür məsafədə yerləşməsi səbəbindən inşa edilməsində çətinliklər yaranmışdır və tikinti zamanı qaldırıcı kranlardan, gəmilərdən, vertolyotlardan istifadə etmək mümkün deyildi. Belə olan halda inşaatçılar xüsusi raketlərdən istifadə etməyi qərara aldılar. Körpünün bünövrəsi qoyulduğu zaman raketlərə 1000 metr uzunluğunda kabellər bağlanıb dərənin digər tərəfinə göndərilirdi. Öz unikal yerləşmə və tikintisinə görə bu körpü hələ uzun illər dünyanın ən yüksək məsafədə yerləşən körpüsü olaraq qalacaq.

Fransa “Millau Viaduct”

11. Millau Viaduct

Bu körpü öz 343 metr hündürlüyünə görə Ginnesin rekordlar kitabına daxil edilmişdir. 2006-cı ildə körpü memarlıq sahəsində ən prestijli mükafat olan Outstanding Structure Award mükafatına layiq görülmüşdür. “New-York Times” bu tikilini “memarlıq triumfu”, BBC isə “21-ci əsrin memarlıq möcüzələrindən biri” adlandırmışdır. 2004-cü ildə Fransa prezidenti Jak Şirak onun açılışını etdi və bu körpü 394 və 524 milyon avro dəyərində qiymətləndirilir.

Çin “Danyang-Kunshan Grand Bridge”

01 Danyang Kunshan Grand Bridge

Bu dünyada ən uzun körpüdür və nə qədər inanılmaz olsa da onun uzunluğu təxminən 165 kilometrdir. Bu səbəbdən körpü Ginnesin rekordlar kitabına daxil olmuşdur. Bu dəmiryollu körpü Pekin-Şanxay magistralının bir hissəsidir və Danyang və Kunshanı birləşdirir. 2006-cı ildə inşasına başlanılmış və yorucu 4 ildən sonra 2011-ci ildə istifadəyə verilmişdir. Bu nəhəng layihəni həyata keçirmək üçün 8,5 milyon ABŞ dolları, 10 min işçi tələb olunmuş və 450 ton poladdan istifadə olunmuşdu.

Hollandiya “Moses Bridge”

9. moses bridge1

Bu körpü göründüyü kimi suyu iki hissəyə bölür və 17-ci əsrdə qalada yenilikçi dizayn ilə yaradılmışdır. Daha sonradan körpü bərpa edildi və körpü düçmənlərə görünmədən qaladan çıxış qapılarına qədər uzanmalı idi. Bu səbəbdən də memarlar belə qərara gəldilər ki, körpü suyun içərisində inşa edilsin. Hazırda da körpü demək olar ki, suyun içərisində yerləşir və insanlar heç kimə görünmədən bir tərəfdən digər tərəfə keçirlər. Körpü bütünlüklə ağacdan düzəldilib və tamamilə sukeçirməzdir.

İran “Khaju Bridge”

8. Khaju Bridge

Bu körpü 17-ci əsrdə fars çarı II Şah Abbas tərəfindən inşa etdirilmişdir və 25 tağdan ibarətdir. Körpü həmçinin üzərində dayandığı Zəyənd çayının səviyyəsinə nəzarət etmək üçün bənd rolunu da oynayır. Körpünün üzərində hələdə daş kürsülərin qalıqlarına rast gəlmək mümkündür. II Şah Abbas burada əyləşib möhtəşəm mənzərəni seyr etməkdən zövq alırdı. Həmçinin mərkəzdə sırf II Şah Abbasın rahatlığı və istirahəti üçün pavilyon da inşa edilmişdi.

ABŞ “Brooklyn körpüsü”

7. Brooklyn bridge

Bu körpünün inşası 1883-cü ildə həyata keçirildi və o dövrdən etibarən milli tarixi abidə və Nyu-Yorkun simvoluna çevrildi. Körpü Nyu-York City göndələrinin am arxasında yerləşir və özünə xüsusi diqqət cəlb edir. Bu tikili İst-river üzərindən uzanaraq Manhetten və Bruklini birləşdirir. Con Roblinq ilk olaraq körpünün layihəsini hazırlasa da sonradan vəfat edir. Bundan sonra onun oğlu Vaşinqton Roblinq atasının işini davam etdirdi. Lakin xəstə olduğu üçün bütün işlərə evdən nəzarət edirdi. Onun yoldaşı Emili Roblinq işçilərə təlimatları çatdırırdı və demək olar ki, tikinti başa çatana qədər baş mühəndis olaraq qaldı. 1884-cü ildə o dövrlər məşhur şoumen olan F. Barnum körpünün möhkəmliyini sübut etdi. O, körpü üzərində bir dəstə sirk heyvanının, həmçinin 21 fildən ibarət dəstənin keçidini təşkil etdi.

Avstraliya “Sydney Harbour Bridge”

6 Sydney Harbour Bridge

Bu körpü 1932-ci ildə açılmışdır. Frensis Qrinuey limanın şimaldan cənub tərəfinə getmək üçün körpü tikilməsini təklif etdi. 1900-cü ildə bir neçə layihə təklif olunsa da onlar təxirə salınmışdır. Daha sonra da Birinci Dünya Müharibəsi səbəbindən layihələr dəyərləndirilmədi və yalnız müharibə bitdikdən sonra uyğun layihə seçildi. 1924-cü ildə lazımi memar tapıldı və Sidneydə bu körpünün inşasına başlanıldı. Körpünün inşa edilməsində 1400 insan iştirak etmiş və tikintisi 8 il müddətinə aparılmışdır. Bu tikintiyə həmçinin 6,61 milyon ABŞ dolları xərclənmiş və 53 min ton poladdan istifadə olunmuşdur. Bu körpü hazır ki dövrümüzdə də ən məşhur körpülərdən hesab olunur və hər il Yeni il gecəsində burada şoular həyata keçirilir.

Fransa “III Aleksandr körpüsü”

5. Pont Alexandre III

Bu körpünün inşasına 1896-cı ildə başlanılmış və 1900-cü ildə başa çatmışdır. Körpünün üzəri bir çox heykəllərlə bəzədilmişdir və dünyanın ən dekorativ körpülərindən hesab olunur. Fransada yerləşməsinə baxmayarq körpü Fransız-Rus İttifaqının şərəfinə rus imperatoru III Aleksandrın adı ilə adlandırılmışdır. Aleksandrın oğlu II Nikolayın körpünün təməlinə ilk daş qoyan şəxs oldu. Buradakı heykəllər qızıldan, bürüncdən, misdən və daşdan düzəldilmişdir.

Cənubi Koreya “Banpo Bridge”

4. Banpo Bridge

Seulda yerləşən bu möhtəşəm körpü Xan çayı üzərində yerləşir. Ümumilikdə körpü 1982-ci ildə inşa edilsə də, 2007-ci ildə yeni layihə üzrə bərpa edilərək bu günümüzdəki görünüşünü almışdır. Memarlar körpünün hər iki tərəfindən axan fontanlar quraşdırmağı qərara aldılar. Fontanlardan bir dəqiqə ərzində 190 ton su tökülür. Gecələr isə xüsusi işıqlar vasitəsilə fontanlardakı su gör qurşağının rənglərinə boyanır. Körpü bütünlüklə poladdan ibarətdir və ekoloji cəhətdən zərərsizdir. Buradakı su mənbəyini çaydan götürür və daimi olaraq dövr edir. 2008-ci ildə körpüdəki fontanlar uzunluğuna görə Ginnesin rekordlar kitabına daxil edilmişdir.

ABŞ “Golden Gate Bridge”

3. Golden Gate Bridge

Bu körpü tək San-Fransiskonun deyil, bütün Birləşmiş Ştatların simvolu hesab olunur. Körpünün layihəsi mühəndis Cozef Ştraus tərəfindən hazırlanmış və San-Fransiskonun bütün tərəflərini birləşdirmək və “Qızıl darvaza” adlanan boğazı keçməli idi. Buradan da körpünün adı yaranmışdır. İnşaat işləri 1933-cü ildə başlanılmış və burada 1000 işçi əməyindən istifadə olunmuşdu. Körpünün inşasına 35 milyon dollar xərclənərək 4 il müddətinə başa çatdırıldı. 1937-ci ildə açılışdan sonra körpü iki rekorda imza atdı. Bunlardan biri dünyada ən uzun olması, digəri isə ən hündür asma körpü olması idi.

İngiltərə “Tower Bridge”

2. Tower Bridge

19-cu əsrdə Temza çayını keçmək üçün yeganə vasitə London körpüsü idi. London getdikcə inkişaf edirdi və qərb hissədə bir neçə körpülər inşa edilmişdi. Şərq tərəfdə limanların işlək vəziyyəti yeni körpünün inşasını tələb edirdi və 1884-cü ildə burada yeni körpünün inşasına başlanıldı. Onun dizaynı 50 layihə arasından seçilmişdi. Hazırda Tower körpüsü kimi tanınan körpünün inşası 8 ilə başa çatdı və tikintidə 432 işçi iştirak edirdi. Onun inşasına eyni zamanda 11 min ton polad tələb olunmuşdu. Uels şahzadəsi 1894-cü ildə körpünün açılışını etdi və bu açılış şərq limanında işlərin başlanması demək idi. Körpünün hər iki tərəfində qüllələr inşa edilmişdir. Orta hissə isə hidravlika vasitəsilə gəmilərin rahat hərəkəti üçün yuxarı qaldırılıb və endirilə bilər. Tower körpüsü tək Londonun deyil, bütün Birləşmiş Krallığın simvolu hesab olunur.

İtaliya “Ponte Vecchio”

ponte vecchio

Orta əsrlərə aid bu körpü Florensiyada Amo çayı üzərində yerləşir. Onun tarixi Qədim Roma imperiyasına qədər gedib çıxır. 1333-cü ildə daşqın nəticəsində körpü dağılsa da, 1345-ci ildə Taddeo Qaddi tərəfindən bərpa olunmuşdur. 1565-ci ildə Corcio Vazaridən körpüyə qalereyalar əlavə olunaraq bərpa olunması tapşırılmışdı. Bu körpü həm də üzərində sahilə çox yaxın məsafədə evlərin yerləşməsi ilə də məşhurdur. Əvvəllər bunlar ət və dəri məhsulları satılan məntəqələr idi. Bu yerlərdən çox pis iy gəldiyinə görə onları 1593-cü ildə zərgərlər əvəz etdi. Ponte Vecchio Florensiyada yeganə körpüdür ki, İkinci Dünya müharibəsində zərər görməmişdi və mühasirə zamanı almanlar tərəfindən toxunulmaz qalmışdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər