Klonlaşdırma üsulu ilə müasir tinglər yetişdirən şirkəti “Grand-Agro Invitro” MMC-nin nizamnamə kapitalı 2021-ci ildə ikinci dəfə artırılır.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 4.28 milyon, yaxud 25 faiz artırılıb.
Aqrar sahədə innovativ üsullarla bitki çoxaldan bu şirkətin nizamnamə kapitalının həcmi 21.57 milyon manata çatıb.
İlin əvvəlində “Grand-Agro Invitro”nun kapitalı 3.5% artırılmışdı.
Qeyd edək ki, şirkət 2017-ci ildə yaradılıb.