1 C
Baku
Saturday, December 14, 2024

“Müasir idarəetmə üsullarının tətbiqi ilə bağlı layihələr həyata keçirilir”

Gömrük sahəsində şəffaf statistikanın təmin edilməsi kölgə iqtisadiyyatına qarşı mübarizədə effektiv vasitədir. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev belə hesab edir.

“Bu məqsədlə Azərbaycanda gömrük strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi, müasir idarəetmə üsullarının tətbiqi ilə bağlı layihələr həyata keçirilir, beynəlxalq əməkdaşlıq fəal şəkildə inkişaf etdirilir və dünya təcrübəsindən istifadə olunur”, – deyə S.Mehdiyev bu gün Bakıda keçirilən 18-ci İnformasiya Texnologiyaları Konfransı və Sərgisində bildirib.

Onun sözlərinə görə, beynəlxalq təcrübənin istifadəsi həm də gömrük strukturlarının fəaliyyəti üçün yeni risklər yaradan müasir texnologiyaların sürətli inkişafı nəzərə alınmaqla vacibdir.

“Azərbaycan İKT-nin inkişafına və tətbiqinə xüsusi önəm verir. Buna görə də gömrük prosedurlarının effektivliyinin təmin edilməsi həmişə diqqət mərkəzində saxlanılmalıdır”, – deyə sədr qeyd edib.

O deyib ki, Azərbaycanın gömrük sahəsində rəqəmsal texnologiyalar fəal istifadə olunur.

“Azərbaycanda həyata keçirilən islahatlar çərçivəsində reallaşdırılan layihələr artıq bu gün tam avtomatlaşdırılmış gömrük prosedurlarının əhəmiyyətli dərəcədə sadələşdirilməsinə gətirib çıxarıb. Rəqəmsal sənəd rəsmiləşdirməsi, statistikanın düzgün aparılması tam təmin edilib ki, bu da kölgə iqtisadiyyatına qarşı mübarizədə uğurun təminatçısıdır”, – deyə S.Mehdiyev vurğulayıb.

İnterfax.az

Son xəbərlər
Digər xəbərlər