11 C
Baku
Wednesday, December 11, 2024

Müasir marketinqin yeni tələbləri: SMS marketinq

Müasir dövrdə fəaliyyət göstərən kommersiya təşkilatı “suyun üzərində qalmaq və batmamaq üçün” öz fəaliyyəti ilə bağlı bir sıra vacib göstəriciləri nəzarətdə saxlamalı və zamanla lazım gəldikdə onlara düzəliş etməlidir. Bu göstəricilərə isə xidmət səviyyəsi, xidmət və yaxud məhsulun assortimenti, müştəri və əməkdaşların loyallığı və s. daxildir. Bununla yanaşı, sadalanan bütün bu cəhətləri diqqət mərkəzində saxlamaqla belə, 100%-lik uğura zəmanət vermək olmaz. Çünki bəzi hallarda bütün diqqəti müstəsna olaraq reklama yönəltmək lazımdır.

Beləliklə, hazırda şirkətlər öz məhsul və yaxud xidmətinin bazarda irəliləməsi və öz mövqeyini möhkəmləndirməsi üçün necə bir seçim etməlidir? Bazar çoxlu sayda variant təklif edir: bilboardlar, plakatlar, reklam vərəqələri və bukletlər, reklam çarxları və video, sms marketinq. Yeri gəlmişkən qeyd edək ki, son zamanlar kiçik biznes nümayəndələri ilə yanaşı, nəhəng şirkətlər də sms marketinqin xidmətlərindən geniş şəkildə istifadə etməyə başlamışlar. Bəs bu variantın populyarlıq səbəbi nədir?

Bu reklam növünün ilk üstün cəhəti onun əlçatanlığıdır. Maddi və texniki nöqteyi-nəzərdən demək olar ki, hər kəs asanlıqla bu xidmətə müraciət edə bilər. Belə ki, bahalı xüsusi proqram təminatına sahib olmadan belə SMS göndərmək mümkündür.

İkinci səbəb bu xidmətin köməkliyi ilə geniş auditoriyanı əhatə etmək şansı əldə etməkdir. Bu gün mobil telefonu olmayan çox az insana rast gəlmək mümkündür: xidmət sahəsində çalışanlar, fəhlələr, evdar qadınlar, tələbələr, hətta məktəblilər və təqaüdçülər. Və təbii olaraq, məhsul və xidmət haqqında nə qədər çox sayda insan xəbər tutarsa, onun uğur qazanmaq şansı da bir o qədər yüksəlir.

Üçüncü üstün cəhət ondan ibarətdir ki, sms vasitəsilə reklam xidmətinin göstərilməsi mesajı maksimum həddə fərdiləşdirməyə imkan verir.

Lakin bütün bu qeyd edilən cəhətlərdən fərqli olaraq, bu marketinq alətinin bəzi çatışmayan cəhətləri də mövcuddur. Qeyd etmək lazımdır ki, sms marketinqin çox sayda mənfi cəhəti olmasa da, mövcud çatışmazlıqlar böyük effektə malikdir. Bu çatışmayan cəhətlərdən başlıcası sms reklamı qəbul edən potensial müştərilər tərəfindən narazılıq riskinin böyük olmasıdır. Əlbəttə, bu reklam xidmətindən imtina etməyin bir sıra üsulları var. Məsələn, reklam xidmətindən imtina etmək. İkinci çatışmayan cəhət isə ondan ibarətdir ki, cari məhsul üçün hədəf kütləsini asanlıqla seçmək çox çətindir.

Yekun olaraq qeyd edək ki, böyük kütlə üçün nəzərdə tutulmuş sms vasitəsilə reklam xidmətini təşkil etmək və həyata keçirmək böyük səy tələb etmir və məhsulunu reklam etmək istəyən istənilən fərd üçün əlçatandır. Lakin təəssüflər olsun ki, bəzən professional şəxslər tərəfindən həyata keçirildiyi kimi effektiv nəticə ilə yekunlanmır. Bir çox hallarda bu onunla əlaqədardır ki, hər hansı məhsul və yaxud xidmətin keyfiyyətli şəkildə reklam edilməsi üçün xüsusi avadanlıq (məsələn, sms modem), proqram təminatı və ssenari yazılmasında bacarıq tələb olunur.

Son xəbərlər
Digər xəbərlər