12 C
Baku
Monday, April 15, 2024

Mübahisədə qalib gəlmək üçün “Sokrat tərzi”

Məşhur filosof Sokrat mübahisə və dialoq zamanı söhbəti öz məcrasına doğru aparmağı yaxşı bacaran bir dahi kimi məşhurdur. Onun bu məharəti bir çoxlarını heyran qoyurdu. Bəs Sokratın sirri nədən ibarət idi? Mübahisə zamanı necə qalib gəlməyi bacarırdı?

Hər şey çox sadə idi. O müsahibinin fikrini təkzib etmir, tərslik göstərmir, incimirdi. O sakit şəkildə suallarını verirdi.

Beləliklə, mübahisədən qalib olaraq ayrılmaq üçün Sokrat hansı üsuldan istifadə etdiyi ilə tanış olaq:

  • Emosiyalarınızı nəzarət altında saxlayın. Səs tonunuzu yüksəltməyin. Sakitlik – sizin ən yaxşı köməkçinizdir.
  • Monoloqa keçməyin. Bu zərərli variantdır. Bu halda müsahibiniz onun fikrinə hörmət etmədiyiniz kimi təəssüratlar yaşayacaq.
  • Dialoq aparın. Bu mübahisə zamanı ən yaxşı üsuldur. Bununla rəqibinizin fikrinə hörmət etdiyinizi nümayiş etdirmiş olursunuz.
  • Müsahibinizin fikrini təkzib etməyin. Bu yersiz tərslik yaradacaq.
  • İndi isə əsas olanı edin – sual verin! İlk sualın qısa və aydın olması qəbulediləndir. Bu rəqibi polemikaya cəlb etməklə, gərginliyi azaldacaq.
  • Öz fikrinizi şərti olaraq bir neçə hissələrə bölün. Onların hər birindən qəti cavab hazır edin. O rəqibinizi sizə sərf edən cavabı verməyə doğru “sürükləyəcək”.
  • Cavablar sizin doğruluğunuzu və fikirlərinizi təsdiq etməlidir. Məntiqi şəkildə qurulmuş sual zənciri tez bir zamanda rəqibinizin öz ilkin fikrini təkzib etməsinə gətirib çıxaracaq.
  • Rəqibiniz artıq sizin fikrinizi öz dili ilə səsləndirmiş olacaq. O suallara cavab verərək sizin sahib olduğunuz son nəticəyə gələcək. Rəqib tərəfindən səsləndirilən fikir isə artıq onundur.
  • Mübahisə zamanı qarşı tərəfi səmimi olaraq anlamağa çalışın. Onun tutduğu tərəfə hörmət edin. Onunla razı olmasanız belə onun fikirləri ilə maraqlanın. Nə qədər qəribə görünsə də, bu inandırmaq üçün ən yaxşı metodlardan biridir!
Son xəbərlər
Digər xəbərlər