19 C
Baku
Monday, May 20, 2024

Mübahisələrdən faydalanmağın 8 yolu

İndi 2019-cu ildir. Mübahisələr bizim reallağımızdır. Əgər fikir ayrılığı həyatımızın ayrılmaz hissəsidirsə, gəlin məhsuldar mübahisə etməyin yollarını axtarıb tapaq. 

Danışılmamış mübahisələr tarakan kimidirlər: onlar hər zaman bizim ağlımızda yaşayırlar və heç bir səbəb olmadıqda belə biz özümüzü narahat hiss etməyə davam edirik. Bəs mübahisələr çıxılmaz vəziyyət yox, açıq qapıdırsa? Bu, özünümüdafiə və ya qınama deyil, araşdırılmamış ərazilər, yeni zehni modellər və daha geniş anlayışdırsa? 

Slack, AmazonTwitter kimi şirkətlərin keçmiş məsul meneceri Baster Benson məhsuldar fikir ayrılıqlarını tapmaq bacarığının meta-bacarıq olduğunu düşünür. Onun fikrincə, bu – supergücdür. “Nəyə görə qışqırırıq: məhsuldar fikir ayrılıqları sənəti” kitabında, müəllif narahatlıq hiss etdiyimiz zaman böyümək və qarşılıqlı əlaqə yaratmaq üçün yeni fürsətlər tapmağa çağırır. 

Bütün bunlar olduqca yaxşı səslənir. Buna görə, Bensonun kitabından fikir ayrılıqlarının dərin köklərini müəyyən etməyə kömək edən əsas səkkiz ünsürü seçdik.

1. Arqumentləri bir sıraya düzün: sizin və başqalarının 

Kimlə isə razılaşa bilmədikdə çox güman ki, düşünürsünüz: “Onlar heç nə başa düşmürlər!”. Əslində, belə də ola bilər: həmsöhbət mübahisə mövzusunu başa düşsə belə, çox güman ki, bunun sizin üçün nə qədər vacib olduğunu dərk etmir. Bir addım geri atın və bu arqumentin nə dərəcədə faydalı və ya əhəmiyyətli olduğu haqda düşünün. Unutmayın ki, qarşınızdakı insanın da öz arqumentləri var.

2. Özünüzü təhlil edin

Narahatlıqların siqnalları zəlzələ monitorunun oxuna bənzəyir – onlar sizin üçün təhlükəli məqamları qeyd edirlər. 

Bu narahatlıq siqnallarından özünüzü müdrikliyə istiqamətləndirmək üçün istifadə edin. Təslim olmayın, bunun əvəzinə mübahisənin sizin üçün nəyə görə vacib olduğunu başa düşməyə çalışın.

3. Yalnız öz adınızdan danışın

Şəxsi təcrübəmizdən kənara çıxıb digər insanlar və qruplar adından danışdığımız zaman bütün müzakirələr yararsız hala gəlir. Bunu etməyin. Bu yalnız şişirtmə, sadələşdirmə və stereotiplərin təbliği deyil – bu, mövqeyinizi sarsıdan əsas ünsürlərdən biridir. Öz təcrübəsinə əsaslanaraq danışan insanı təkzib etmək demək olar ki, mümkün deyil. Lakin başqalarının yerinə daşında müzakirə açmaq üçün əlavə fürsət yaranır.

4. Mübahisənin köklərini axtarıb tapmağa çalışın

Müzakirəni nəticəsiz qoyan tələ dedikdə, “Görünür, bu sizin üçün vacibdir. İzah edə bilərsiniz niyə?” kimi vacib suallardan yayınmaq istəyi başa düşülür. Bunun yerinə həmsöhbət yalnız faktlara köklənir. 

Açıq suallar verməyə vaxt sərf edin və mübahisənin köklərini axtarıb tapmağa çalışın. Məsələnin mahiyyətini dərk etmədən həll etmək istəyinə tab gətirin.

5. Ruhları axtarın

Bir anlıq ruhların mövcud olduğunu düşünək. Gözləyin. Sizcə, bu mistik yanaşma ilə hava cərəyanlarının yeni məna, qonaq otağındakı cırt-cırt səsi isə yeni potensial kəsb etməyə başlayırmı? Ən əhəmiyyətlisi odur ki, əgər paranormal imkanlara açıq olmasaydınız, hava cərəyanına və ya kənar səslərə diqqət yetirərdiniz? Bensonun fikrincə, ruhların mövcudiyyətini qəbul etmək, mübahisələrə münasibətdə tətbiq edilməsi olan düşüncə tərzidir. Bu, insanlara qısa zamanda aydın cavablar almaq və zehni modellərdən kənara çıxmaq, dünyanı başqasının nöqteyi-nəzərindən görmək və başqa bir vəziyyətdə əhəmiyyət verməyəcəyiniz və ya hiss etməyəcəyiniz şeylərə diqqət yetirmək istəyən klinik cəhətdən tənzimlənmiş beyni söndürməyə imkan verir.

6. Stereotiplərlə mübarizə aparın

Bütün qərəzlər tanış və bəsit olmaq məqsədini daşıyır. Onlar tez bir zamanda cavab tapmağa və yeni fikirlərin narahatlığından uzaqlaşmağa məcbur edirlər. Boynumuza alaq ki, düşünmək çətindir. Məhsuldar fikir ayrılıqları nəticəsində yaranan fürsətləri və perspektivləri tapmaq üçün vaxt ayırın. Bu, qərəzli fikirləri arxa plana çəkməyə kömək edəcəkdir.

7. Yerinizi dəyişin

Ətraf mühit mübahisələrə rəng qatır. Ətrafınızın neytral olduğundan əmin olun. Ətraf mühitin dinamikası nədir? Eşitdiyiniz bütün səslər sizə xoşdurmu? İstənilən vaxt yerinizi tərk edə bilərsinizmi? Fikri dəyişmək mümkündürmü? Əgər sizin iş sahəniz bunun üçün uyğun deyilsə, kvartalda gəzişin. Əgər bu da mümkün deyilsə, telefonunuzu götürün. Nə istəyirsiniz edin, amma Slack və ya elektron poçtdan uzaq olun.

8. Aporiyaya üçün səy göstərin

Aporiya – ən çox sevdiyim anlayışlardan biridir. Bu qədim yunan konsepsiyası göstərir: həqiqətə gedən yol hesab etdiyiniz şey əslində başqa bir yerə aparır. Çoxları düşünür ki, mübahisədə qalib dəlmək məmnunluq hissini bəxş edir. Lakin Bensonun fikrincə, daha dərin duyğunun olduğunu söyləyir. Sokrata istinad edən müəllif, mübahisələrin əsas məqsədi nə danışdığımızı bilmədiyimiz anları dərk etməkdir. Bu, qələbə kimi deyil, müdriklik kimi səslənir. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər