Əksər biznes mübahisələrin səbəbi primitiv insan amilidir. Hətta qərb biznes standartlarının tətbiq edilməsi belə müəssisəni parçalanmaqdan xilas etməyəcək. Həmçinin burada problem ortaq olaraq müəssisə yaradıldıqda ortaqların nə vaxtsa mümkün parçalanmağı nəzərə almamalarıdır.
Statistikaya əsasən, çox vaxt resurs və dəyər barədə fikir ayrılığı yaranır. İlk halda ilkin səbəb aktivlər uğrunda mübarizədir. Dəyərlə bağlı mübahisələr isə daha dərin təbiətə malikdir. Aktivlər uğrunda yaranmış mübarizə daha sonradan dəyərlə bağlı fikir ayrılıqlarının yaranmasına səbəb olur.
Şirkətlərin ləğv edilməsi təhlükəsi ilə üzləşdikdə konfliktdən qurtulmağın aşağıdakı üsulları var:
Resursların artırılması. Bu həll yolu hər iki tərəfin məmnun qalmasına istiqamətlənib və tərəflərin maraqlarını dərindən təhlil etməyəcə ehtiyac duymur. Bir çox hallarda partnyorlar müəssisənin işini daha da yaxşılaşdırmaq üçün ortaq fəaliyyət göstərir.
Maraqların birləşdirilməsi. Bu həll yolu tərəflərin məqsəd və maraqlarının ətraflı şəkildə təhlil edilməsini tələb edir. Sözügedən bu məsələnin həyata keçirilməsi üçün adətən işə ixtisaslı məsləhətçilər və yaxud kənardan vasitəçilər cəlb edilir. Bu variantın vacib şərti partnyorların psixoloji hazırlığının olmasını tələb edir. Bunun da nəticəsi olaraq, bir iştirakçı digər tərəfin şirkətdəki payını ala bilər.
Bir çox biznesləri ən yaxşısı heç bölməməkdir. Partnyorlardan birinin kiçik/orta biznesi tərk etməsi müəssisənin perspektivli işini məhv edə bilər.