Cambridge universitetinin psixologiya professoru öz tələbələrindən soruşmuşdur:
–İnsanlar nəyə görə mübahisə etdikləri zaman qışqırırlar?
Tələbələrdən biri cavab verir:
– Çünki hövsələdən çıxırlar.
–Əgər mübahisə etdiyin şəxs sənin yanındadırsa, onda qışqırmaq nəyə lazımdır? Onunla sakit danışmaq olmazmı?
Hirslisənsə qışqırmaq vacibdirmi? – deyə professor soruşdu.
Tələbələr müxtəlif cavablar səsləndirsələrdə, onların heç biri professorun ürəyincə deyildi. Nəhayət professor bunun nəyə görə baş verdiyini izah etdi:
– İnsanlar bir-biri ilə razı olmadıqda və mübahisə etdikdə onların ürəkləri bir-birindən uzaqlaşır. Bu məsafəni qət edib biri-birilərini eşitmək üçün onlar qışqırmalı olur. İnsan qarşı tərəfdən nə qədər güclü incisə, bir o qədər bərk qışqırır.
Bəs insanlar aşiq olduqda nə baş verir? Bu zaman onlar qışqırmırlar, əksinə sakit danışırlar. Çünki onların ürəyi bir-birinə çox yaxındır və onlar arasındakı məsafə də çox kiçikdir. “Bəs daha çox aşiq olduqda nə baş verir?” – deyə professor davam etdi. – Bu zaman artıq onlar pıçıltı ilə danışırlar. Sevginin həddi artdıqca artıq onlar arasında sözə də ehtiyac qalmır. Onlar bir-birilərinə baxırlar və sözsüz də başa düşürlər.
Beləliklə, mübahisə etdiyiniz zaman ürəklərinizin bir-birindən uzaqlaşmasına imkan verməyin və bu məsafələri daha da artıran sözləri dilinizə gətirməyin. Çünki aranızdakı məsafələrin həddindən artıq böyük olduğu bir gün gələ bilər və bu zaman artıq geriyə yol tapmayacaqsınız.