8 C
Baku
Tuesday, March 19, 2024

Mübahisələrin həlli üçün göstərilən xidmətlərin – RÜSUMLARI

Baş nazir Novruz Məmmədov “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə qərar imzalayıb. 

Qərara əsasən, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir:

 

Sıra №-si

Mübahisənin növü

Haqqın məbləği

1.

Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə

50 manat

2.

Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə

50 manat

3.

İqtisadi mübahisələr üzrə

 

3.1.

iddia qiyməti 500 manatadək olduqda

20 manat

3.2

iddia qiyməti 501 manatdan 1000 manatadək olduqda

40 manat

3.3.

iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda

60 manat

3.4.

iddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda

100 manat

3.5

iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda

200 manat

3.6.

iddia qiyməti 50000 manatdan çox olduqda

400 manat

Bundan başqa, ilkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir.

Bu qərar 2020-ci il iyulun 1-dən qüvvəyə minir.

Qeyd edək ki, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin, o cümlədən ailə münasibətlərindən irəli gələn mübahisələrin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı “Mediasiya haqqında” qanunla müəyyən olunan prosesdir.

Son xəbərlər
Digər xəbərlər