15 C
Baku
Sunday, November 24, 2024

Mübariz Mənsimov: “Harda rüşvət varsa, biz yoxuq”

“Hər şeydən öncə azərbaycanlı olduğum üçün qürur duyuram”

“Palmali” şirkətlər qrupunun qiyməti yoxdur. Bu 45 min insanın fəaliyyət göstərdiyi bir şirkətdir. Bu insanlardan hər biri mənim kimi onun sahibinə çevrilə bilər.

Bu sözləri Azərbaycan əsilli Türkiyədə yaşayan biznesmen Mübariz Mənsimov səsləndirmişdir. Onun sözlərinə görə, “Palmali” şirkətlərinin prinsiplərindən biri “rüşvət olan yerdə biz yoxuq” ifadəsidir. Daha doğrusu, biz rüşvət olan işlərlə məşğul oluruq. Bunları deyən biznesmen şirkətin 5-6 təyyarəyə sahib olduğunu da qeyd edir.

O deyir: “Palmali” şirkətinin əsas işi limanlarla bağlıdır. Bu işdə həmçinin məntiq, ünsiyyət də vacibdir. Sözsüz ki, burada tikinti sahəsini də qeyd etmək lazımdır. Lakin bütün bunlarla yanaşı, bizim əsas işimiz dənizçilik ilə bağlıdır.

Mübariz Mənsimov öz milli mənsubiyyəti ilə bağlı bunları demişdir: “Hər şeydən öncə mən azərbaycanlıyam və bununla fəxr edirəm. Azərbaycana qardaş olan türk millətidir. Mən Türkiyə vətəndaşıyam və bu ölkəni çox sevirəm. Bilirəm ki, Azərbaycan həmişə türklərin yanındayam. Sizə məlumdur ki, “Palmali” şirkətinin fəaliyyətinin 80 faizi Rusiya ilə bağlıdır. Biz Rostov, Novorossiysk, Sankt-Peterburq, Volqoqrad kimi şəhərlərlə sıx əməkdaşlıq  edirik.

Mübariz Mənsimov bir daha qeyd etmişdir ki, “Palmali” şirkətinin sahib olduğu gəmilərin 90%-i Azərbaycanın regionlarının, qəhrəmanlarının, dahi şəxsiyyətlərinin adlarını daşıyır. O bildirmişdir: “Bu şirkətin ənənəsidir və mən ona rəhbərlik etdiyim müddətcə bu davam edəcək. Mən istəyirəm bütün dünya onun bir Azərbaycan şirkəti olduğunu bilsinlər”.

 “Bir sahibkar kimi demək lazım gəlsə, “mənfəət gözləmədiyimi desəm yalan demiş olaram”. Biz öz investisiyalarımızdan tez əldə edilən pullar gözləmirik. Bizim bütün yatırımlarımız uzun müddətlidir. Biz fəaliyyət göstərdiyimiz ölkənin bizdən gəlir əldə etməsini arzulayırıq. Bununla yanaşı, Azərbaycanı yaxşı tərəfdən təqdim etməyə çalışırıq. Bizim bütün gəmilərimizdə Azərbaycana həsr edilmiş muzeylər var. İndi Azərbaycanı hər yerdə tanıyırlar. Bütün bunlar uğurlu daxili və xarici siyasətin nəticəsidir”.

Mübariz Mənsimov Azərbaycan futbolunun inkişafına yatırımlar etdiyi mövzusuna da toxunub. Onun dediyinə görə: “Xəzər Lənkəran kimi ikinci bir komanda yoxdur”.

Qida sənayesinə toxunan biznesmen qeyd etmişdir ki, tək “Pal Süd” şirkətinə hər ay 1 milyon manat ayırır.

O bildirir: “Palmali şirkəti olaraq biz Azərbaycandan gəlir əldə etmirik. Biz zərəri örtməyə kömək edirik. Bizim əsas siyasətimiz Azərbaycan iqtisadiyyatına dəstək göstərməkdir. Daim öz ölkəmə necə kömək edəcəyim barədə düşünürəm. Cəsarətli insanlar tapılsa işimizi ona həvalə edib gedə bilərik”.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.