9 C
Baku
Thursday, December 12, 2024

Mübariz Mənsimovun şirkəti satıldı – İşçilərə maaş borcu var

FETÖ ittihamı ilə həbs edilən və bu günlərdə barəsində şərti həbs qərarı verilməklə azadlığa buraxılan azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Palmali Air” şirkətinə məxsus anqar satılıb. Anqarda işləyənlər isə işsiz qalıb.

Bu haqda “Airport Haber” portalı bildirir. Məlumatda deyilir ki, “Palmali Air” şirkətinin İstanbul Atatürk aerportundakı anqarı Mahmut Sami Çil adlı “digər azərbaycanlı iş adamına” satılıb. Anqarda işləyənlərin isə aeroport ərazisinə giriş kartları ləğv edilib. Onların yerinə yeni heyət gətirilib. Lakin əvvəlki işçilər rəsmən işdən çıxarılmadığı üçün onlara təzminat ödənilməyib. Şirkətin işçilərə əmək haqqı borcunun da qaldığı bildirilir.

Anqarın yeni sahibinin “Palmali Air” şirkətinin fəaliyyətini necə quracağı haqda məlumat olmadığı da deyilir. İnternet mənbələrində Mahmut Sami Çil adlı şəxsin barəsində məlumat əldə etmək mümkün olmayıb.

“Palmali Air” biznes-aviasiya şirkəti özəl sifarişlər əsasında çarter reysləri həyata keçirirdi, şirkətin arsenalında 2 ədəd “Falcon 7X” və 1 ədəd “Bombardier Challenger 300” tipli təyyarələr olub. 2015-ci ildə Mənsimovun “Palmali” şirkətlər qrupunun maliyyə vəziyyəti pisləşməyə başlayanda həmin təyyarələrdən ikisinin satışa çıxarııdığı haqda xəbərlər yayılmışdı.

Son xəbərlər
Digər xəbərlər