16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Müdafiə Nazirliyi: Azərbaycanın heç bir ərazi itkisi yoxdur

Screen Shot 2021 09 02 at 14.34.20

“İyulun 12-i günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində atəşkəs rejimini kobud surətdə pozaraq bölmələrimizin yerləşdiyi mövqeləri atəşə tutublar”.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, komandanlıq tərəfindən qərar qəbul edilib və düşmənin fəaliyyətinin qarşısının alınması məqsədi ilə adekvat cavab tədbirləri görülüb: “Düşmən tərəfi təxribatının davamını gətirmək məqsədi ilə mövqelərimizə hücum etməyə cəhdi göstərib. Amma həmin hücumun da qarşısı alınıb. Heç bir ərazi itkisi yoxdur, mövqelərimiz əvvəlki qaydada dayanır və Azərbaycan Ordusunun bölmələri hazırda əvvəllər durduqaları mövqedədirlər və düşmənə qarşı cəza tədbirləri həyata keçirirlər”.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər