32 C
Baku
Sunday, July 13, 2025

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkimi həbs edildi

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəssisi Natəvan Məmmədova həmin Poliklinikada işlədiyi dövr ərzində müayinələrdən keçmiş hərbi qulluqçuların guya qanında şəkər xəstəliyi göstəricilərinin normadan yüksək olmasını bildirib cavabların müsbət yazılması müqabilində müxtəlif vaxtlarda 26 nəfər hərbi qulluqçudan aldatma yolu ilə cinayət məsuliyyətinə səbəb olmayan kiçik məbləğlərdə pul vəsaitini tələb edərək, dələduzluq yolu ilə özgənin əmlakını talayıb.

Banker.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.

Bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilib, N.Məmmədovanın barəsində 3 ay müddətində inzibati həbs tənbehi tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər