9 C
Baku
Çərşənbə, Yanvar 26, 2022

Müdafiə sənayesi nazirinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 429-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərman imzalayıb.

Qanuna əsasən, “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” medalı və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” yubiley medalı təsis edilib.

Fərmana əsasən, “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti müdafiə sənayesi nazirinə verilib.

Son xəbərlər
Oxşar xəbərlər