Müdafiə Sənayesi Nazirliyinə məxsus “Təhlükəsizlik və mühafizə idarəsi” MMC-nin direktoru dəyişib.
Sözügedən vəzifəyə Xüsusi Dövlət Mühafizə Xidmətində çalışmış Simran Kamal oğlu Əfəndiyev gətirilib.
Qeyd edək ki, ötən ilin iyul ayında “Təhlükəsizlik və mühafizə idarəsi” MMC-yə polkovnik-leytenant Firdovsi İbrahim oğlu Cəfərov təyin edilmişdi.