27 C
Baku
Tuesday, July 16, 2024

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayışla bağlı cinayət işi açılıb

Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən zavodunda baş verən partlayışla bağlı cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, MSN-nin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədovun ölməsi, 1978-ci il təvəllüdlü Səbinə Şəkərovanın isə xəsarətlər alması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Son xəbərlər
Digər xəbərlər