9 C
Baku
Monday, December 9, 2024

Müdafiə Sənayesi Nazirliyinin zavodunun direktoru dəyişdi

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan  dəqiq mexanika  və  optik  cihazların  istehsalı üzrə ixtisaslaşmış “Alov” zavodunun (əvvəlki İskra) direktoru dəyişib və bu, son bir ildə ikinci dəyişmədir.

Banker.az xəbər verir ki, Elşən Quliyev Eyvaz oğlu “Optika-Mexanika” İstehsalat Birliyi Məhdud Məsuliyyətli Cəmiyyətinin “Alov” zavodunun direktoru təyin edilib.

O, bu vəzifədə Ruhin Cəfərov İslam oğlunu əvəz edib.

Qeyd edək ki, Ruhin Cəfərov bu vəzifəyə 2022-ci ilin may ayında təyin edilmişdi.

Qeyd edək ki, “Optika-Mexanika İstehsalat Birliyi” MMC 2006-cı ildən dövlət qeydiyyatına alınıb, “Alov” zavodu isə 1995-ci ildən fəaliyyətdədir.

İskra zavodu 1975-ci ildə SSRİ müdafiə sənayesi nazirinin əmrinə əsasən Azov Optika-mexaniki zavodun filialı kimi yaradılmış və 1978-ci ildən fəaliyyətə başlamışdır.

1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən İskra zavodu  Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirmişdir.

2006-cı ildən İskra zavodu Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.

2008-ci ildən Alov zavodu adı altında fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər