Noyabrın 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Ermənistanla sərhəd bölgəsində dislokasiya olunan hərbi hissələrdə olub.
Banker.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nazir yeni istifadəyə verilmiş yerləşmə məntəqəsində yaradılan şəraitlə tanış olub.
Müdafiə nazirinə əməliyyat şəraiti ilə bağlı məruzələr edilib.
Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Müdafiə naziri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.







