Noyabrın 14-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri cənab Caunşer Burçuladzenin dəvətilə bu ölkəyə rəsmi səfər edib.
Banker.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Gürcüstanın hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.