14 C
Baku
Sunday, November 23, 2025

TƏCİLİ! Müdafiə nazirinə birinci müavin və Ordunun Baş Qərargah rəisi təyin edildi

Kərim Vəliyevin Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

“General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilsin”- deyə, 23 iyul 2021-ci il tarixli sərəncamda deyilir.

Məlumat üçün qeyd edək ki, 2 noyabr 1993-ci il tarixində bu vəzifədə Nəcməddin Hüseyn oğlu Sadıkov idi. İkinci Qarabağ Müharibəsindən sonra o vəzifəsindən azad edilmişdi.

Son xəbərlər
Digər xəbərlər