Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Ermənistan SQ-nin avtomobilinə atəş açması xəbəri yalandır

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Banker.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər