Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “Bakı-Əyrici-Toxucu” ASC ilə 13 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Müdafiə Nazirliyi üçün əşya əmlaklarının (Trikotaj məmulatlarının) satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 12 993 740 manatdır.
Qeyd edək ki, “Bakı-Əyrici-Toxucu” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 597 654 manatdır və qanuni təmsilçisi İslam Məmmədovdur.