Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Solamedical” MMC ilə təxminən 3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Ordusunun şəxsi heyətinin tibbi təminatı üçün dərman preparatlarının, tibbi məsrəf ləvazimatlarının və kardiocərrahiyyə üçün məsrəflərin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2 894 156,55 AZN təşkil edir.