17 C
Baku
Friday, October 18, 2024

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına 5 min manatlıq cərimə protokolu yazılıb

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına cərimə protokolu yazılıb.

Banker.az xəbər verir ki, İnzibati Xətalar Məclləsinin 469.2-ci maddəsinə görə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı beş min manat məbləğdə cərimə edilə bilər.

Son xəbərlər
Digər xəbərlər