11 C
Baku
Monday, November 18, 2024

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Azon zavodu”na yeni rəhbər təyin edilib

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Azon zavodu” MMC-yə yeni rəhbər gətirilib.

Banker.az-ın məlumatına görə, yeni təyin edilən direktor Yaşar İbrahimov Qurban oğludur.

Buna qədər vəzifədə Ruhin Cəfərov idi.

Qeyd edək ki, 2006-cı ilin sentyabr ayından Azon zavodu Azərbaycan Rеspublikası Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir. Azon zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.

Son xəbərlər
Digər xəbərlər