11 C
Baku
Monday, November 18, 2024

Müdafiə Sənayesi Nazirliyinin zavodunun rəhbəri işdən çıxarıldı – Yeni TƏYİNAT

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Rasim Tahirov vəzifəsindən azad edilib.

Onun əvəzinə Abas Quliyev təyin edilib.

Qeyd edək ki, Rasim Tahirov əvvəllər Müdafiə Sənayesi Nazirliyinin mülki məmulatların istehsalı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, “Bakı Cihazqayırma Zavodu” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22 913 728 manatdır. Müəssisə 2006-cı ildən nazirliyin tabeliyində fəaliyyət göstərir.

Mənbəmodern.az
Son xəbərlər
Digər xəbərlər