27 C
Baku
Wednesday, July 24, 2024

Müddətli müqavilə ilə müəllimlərin növbəti vakansiya seçiminə start verilir

5 sentyabr saat 12:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə start veriləcək.

Banker.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

 

Vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 7 sentyabr saat 12:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Nəzərinizə çatdırırıq ki, təkrar sertifikatlaşdırmadan keçməyərək əmək müqaviləsi ləğv olunan müəllimlər cari il keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplamış şəxslərlə əvəz olunacaqdır.

Son xəbərlər
Digər xəbərlər